Şrift:
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Qərbi Azərbaycan departamenti tədbir keçirdi
26.10.2023 [13:30] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan
Milli Dirçəliş Hərəkatı (MDH) Partiyası , Qərbi Azərbaycan Departamentinin əslən İrəvandan olan professor Mirəli Seyidovun anım gününə həsr olunmuş yığıncağı keçirildi .Yığıncağı Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev açıq elan etdi .Ə.Rzayev M. Seyidov haqqında qısa məlumat verdi .O çıxışında bildirdi ki, M.Seyidov 1918-ci ildə Qədim İrəvan şəhərinin təpəbaşı məhəlləsində anadan olmuşdur .M.Seyidov özünün savadı və təssübkeşliyi ilə çox alimlərdən fərqlənirdi . Erməni dilini , ədəbiyyatını və tarixini dərindən bildiyi üçün öz təhqiqatlarında erməni alimlərini susdururdu . M .Seyidovun həyat və yaradıcılığı haqqında çıxış üçün görkəmli dünya şöhrətli alim tədqiqatçı Dillər Universitetinin Nəzdində ,,Fransız Dili Mədəniyyət Mərkəziinin " müdiri professor Əsgər Zeynalova söz verildi . Ə. Zeynalov M.Seyidov haqqında geniş məlumatı yığıncaq iştirakçılarına çatdırdı. Ə. Zeynalov Azərbaycan ədəbiyyatının inkişafında M.Seyidovun misilsiz əməyinin olduğunu qeyd etdi . Digər çıxış edənlər M .Seyidovun yaradıcılığı haqqında öz fikirlərini söylədilər .Yığıncaq iştirakçıları sonda xatirə şəkli çəkdirdilər .

MDHp Mətbuat Xidməti

Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Qərbi Azərbaycan departamenti tədbir keçirdi
Bu xəbər oxucular tərəfindən 4945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed