Şrift:
Şuşada TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərlərinin toplantısı keçirilib
01.11.2023 [10:03] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısı keçirilir.

Toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.

Əvvəlcə toplantı münasibətilə Şuşada olan qonaqlar və media mənsubları üçün Şuşa şəhərində gəzinti təşkil olunub.

Ardından toplantının əsas hissəsi başlayıb. Toplantıda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri, mütəxəssisləri, səhnə xadimləri iştirak edir. Onlar qardaş ölkələrdə teatr sahəsinin inkişaf məsələlərini müzakirə edirlər.

Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq.

Festival noyabrın 4-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 5502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed