Şrift:
Bu rayonlara istiliyin verilməsinə başlandı
01.11.2023 [10:08] - Gündəm, Sosial
Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.
"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib
Bu xəbər oxucular tərəfindən 2580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed