Şrift:
Dünya çempionatı: Azərbaycanın minifutbol yığması Bolqarıstana qarşı
02.11.2023 [10:17] - Gündəm, İdman
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.

Yığma ¼ finalda Bolqarıstan seçməsi ilə üz-üzə gələcək. Ras Əl-Xayma şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı hər üç oyununu qələbə ilə başa vuraraq, pley-offa maksimum nəticə ilə vəsiqə əldə edib. Yığma komanda 1/8 finalda isə Portuqaliyanı 3:0 məğlub edərək mübarizədən kənarlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed