Şrift:
Çində robot-androidlərin kütləvi buraxılışı planlaşdırılır
04.11.2023 [09:41] - Gündəm
Çin Xalq Respublikası (ÇXR) 2025-ci il üçün insanabənzər robotların yaradılmasında və kütləvi buraxılışında inqilab etmək niyyətindədir.
Bu fikirlər ÇXR-in Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi sənəddə deyilir.

“İnsanabənzər robotlar seqmenti ölkədə 2025-ci ilədək “beynəlxalq qabaqcıl səviyyəyə və kütləvi istehsala çatacaq. Texnoloji innovasiyalar məsələsində insanabənzər robotların qabiliyyəti 2027-ci ilədək əhəmiyyətli şəkildə yaxşılaşdırılacaq və Çin bu sahədə “beynəlxalq səviyyədə rəqabətqabiliyyətli” olacaq”, - deyə “İnnovasiyalar və insanabənzər robotların inkişaf etdirilməsi üzrə rəhbər rəy” adlı sənəddə vurğulanır.

Nazirliyin elm və texnika departamentinin nümayəndəsi ölkə nəşrlərinə verdiyi müsahibədə bildirib ki, insanabənzər robotlar süni intellekt, yüksəktexnoloji istehsal və yeni materiallar kimi qabaqcıl texnologiyaları təcəssüm etdirəcəklər və gözlənildiyi kimi kompüter, smartfonlardan və yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrindən sonra inqilab yaradacaqlar.

O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Çində insanabənzər robotların buraxılışı üzrə 2-3 iri istehsalatın, eləcə də ixtisaslaşdırılmış kiçik və orta müəssisələr şəbəkəsinin yaradılması, sənaye inkişafının aqlomerasiya zonalarının formalaşdırılması planlaşdırılır. Bunlar real iqtisadiyyata dərindən inteqrasiya edəcək və iqtisadi artımın yeni mühüm təkanı olacaq.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed