04.11.2023 [09:42] - Gündəm
Braziliyanın Amazon bölgəsində meşələrin qırılması regiondakı temperatur artımına əvvəl ehtimal olunandan daha çox təsir göstərir. Bitkilərin izafi quraqlıqdan və ifrat istidən əziyyət çəkdiyi Matu-Qrosu adlı kənd təsərrüfatı məqsədli əkin mərkəzində meşələrin qırılması son illərdə olduğu kimi sürətlə davam edərsə, 2050-ci ildə temperatur yarım dərəcə daha isti olacaq.
Bunu yeni araşdırmanın nəticələri sübuta yetirib.
“Proceedings of the National Sciences Academy” jurnalında dərc olunan məqalədə Amazon meşələrinin qırılmasının 60 mil (təxminən 100 km) məsafədə istiləşməyə səbəb olduğu qeyd olunur. Meşələrin qırılma miqyası nə qədər böyükdürsə, temperatur da bir o qədər yüksəkdir. Bu, qlobal istiləşmə ilə yanaşı, iqlimə əlavə təsir göstərir.
Lids Universitetinin alimi Dominik Spraklenin sözlərinə görə, bir ağac orta hesabla günün hər saatında 2,5 kvt-lıq tam gücü ilə işləyən iki-üç kondisionerə bərabər soyutma effektinə malikdir. Meşələrin qırılması probleminin hər kəsin düşündüyündən daha vacib məsələ olduğunu qeyd edən alim, rəqəmlərin açıqlanmasının insanları meşə sahələrini qorumağa sövq edəcəyinə ümid etdiyini bildirib.
Araşdırmaların sayının artması Amazon bölgəsinin sabit regional iqlimin qorunmasındakı əhəmiyyətini sübuta yetirir. Bu ilin əvvəlində yayımlanan başqa bir məqalədə meşələrin qırılmasının yağıntıları 125 mil (200 km) məsafədə azaltdığı bildirilib. Bu yaxınlarda daha böyük araşdırmalar Amazon meşələrinin Cənubi Amerika mussonlarının paylanmasına təsir etdiyini və meşələrin qırılmasının davam etməsinin bölgədəki yağışları 30 faiz azalda biləcəyini, ərzaq istehsalına ağır təsir göstərəcəyini üzə çıxarıb.

Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |