Şrift:
Azərbaycanın minifutbol yığması Qazaxıstana uduzub
04.11.2023 [09:48] - Gündəm, İdman
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Yığma yarımfinalda Qazaxıstanla qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Elşad Quliyevin başçılıq etdiyi komandadan hər iki qolu Eşqin Tağıyev vurub.

Bu nəticədən sonra Qazaxıstan yığması finala yüksəlib. Azərbaycan millisi isə bürünc medal uğrunda mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed