Şrift:
BMT komitəsi Ermənistanda mədəni və dini abidələri qorunması ilə bağlı narahtlığını ifadə edib
04.11.2023 [09:50] - Siyasət
Ermənistandakı mədəni və dini irs abidələrinin mühafizəsi və qorunması məqsədilə qəbul edilmiş konkret tədbirlərə dair informasiya çatışmazlığı narahatlıq doğurur.

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində belə qeyd olunub. Sənəddə yox olmaq riski ilə üzləşmiş mədəniyyətərlə bağlı xüsusi narahatlıq ifadə olunub.

Komitə həmçinin dini və mədəni kimliyin saxlanılması məqsədilə bu sahədə fəaliyyət göstərən institutlara adekvat maddi dəstəyin çatışmazlığını vurğulayıb.

Sənəddə Ermənistana mədəni irs abidələrinin mühafizəsi və qorunmasının artırılması məqsədilə zəruri tədbirləri görmək tövsiyə edilib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT komitəsinin sənədinə münasibət bildirərkən qeyd edib ki, bütün bunlar Ermənistandakı Azərbaycan mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil faktaraşdırıcı missiyanın göndərilməsini zəruri edir.

“Bu, Ermənistandakı Azərbaycan mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil faktaraşdırıcı missiyanın göndərilməsini hər zamankından daha vacib edir”, - Elnur Məmmədov “X” platformasındakı paylaşımında qeyd edib. Nazir müavini Ermənistanda azərbaycanlıların izlərinin silinməsi məqsədilə tarixən hücumların olduğunu xatırladıb.
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed