Şrift:
Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb
04.11.2023 [09:52] - İqtisadiyyat
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilib. Agentliyin nəzdində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatı (şöbələr və sektorlar) və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri fəaliyyət göstərəcək.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed