Şrift:
Türkiyədə “XXI əsrin parlayan ulduzu: Türk Dövlətləri Təşkilatı” kitabı işıq üzü görüb
06.11.2023 [11:14] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyədə ölkənin Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanan “XXI əsrin parlayan ulduzu: Türk Dövlətləri Təşkilatı” kitabı işıq üzü görüb.

Kitab Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu yubiley Zirvə görüşünə həsr olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın ön sözünü yazdığı nəşrdə Türkiyənin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə keçmişdən günümüzədək bir çox sahədə dostluq və qardaşlıq telləri ilə bağlanan münasibətləri, COVID-19 pandemiyası, Azərbaycanın Vətən müharibəsi, bu ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələ və bir çox digər hadisələrdə üzv dövlətlər arasındakı birliyə və həmrəyliyə geniş yer verilib.

Türkiyə Prezidenti ön sözdə eyni kökdən, eyni tarixdən və mədəniyyətdən gələn, kədərdə və sevincdə bərabər olan Türk xalqları və dövlətləri arasında əlaqələrin getdikcə inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

Ölkələrimiz arasındakı tellərin güclənməsi və əməkdaşlığın genişlənməsində, türk xalqları arasındakı həmrəyliyin möhkəmlənməsində əsas amillərdən birinin Türk Dövlətləri Təşkilatı olduğunu vurğulayan Prezident Ərdoğan bir çox sahələr üzrə bu qurumun getdikcə güclənməsinin, Türk xalqları arasında tarixi bağların sıxlaşmasının əhəmiyyətini qeyd bildirib.

Nəşr “Bir təşkilat olaraq Türk Dövlətləri Təşkilatı”, “Ortaq keçmiş, güclü gələcək - əməkdaşlıq sahələri” və “Çətin günlərdə hər zaman bərabər” adlı üç fəsildən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed