Şrift:
Blinken Qəzzanın tam təxliyəsi barədə planın olmadığını bildirib
07.11.2023 [11:29] - Siyasət
ABŞ-nin dövlət katibi Antoni Blinken Qəzza zolağından sakinlərin tam təxliyəsi barədə planın olmadığını və hərbi əməliyyatlarda müəyyən fasilənin müzakirə oluna biləcəyini deyib.

Blinken bu barədə Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlarda deyib.

Məlumata görə, Hakan Fidan Blinkenlə danışıqlarda Ankaranın İsrail-Fələstin münaqişəsində yaxın zamanda atəşkəs əldə olunacağına ümid etdiyini bildirib. Bundan başqa, türkiyəli nazir ABŞ-nin tutduğu mövqedən dolayı beynəlxalq nüfuzuna xələl gətirdiyinə diqqət çəkib.

Qeyd olunub ki, humanitar fasilə girovların azad edilərək Qəzzadan çıxarılması, tənzimlənmə istiqamətində müəyyən addımların atılması üçün lazımdır.

Blinken və onun Ankaradakı nümayəndə heyəti mülki şəxslərin ölümünün qarşısını almaq və fələstinlilərə çatdırılacaq humanitar yardımın həcmini artırmaq üçün səyləri aktivləşdirmək niyyətində olduqlarını bildiriblər.

Bundan başqa, ABŞ rəsmisi Qəzzadan sakinlərin tam təxliyəsinin planlaşdırılmadığını və hamının öz yerində qalacağını deyib

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün gecə saatlarında Ankaraya gəlib. Blinkenlə Fidanın görüşü təqribən 2 saat yarım davam edib. Xarici İşlər Nazirliyində keçirilən görüşdən əvvəl Hakan Fidan və Antoni Blinken mətbuata bəyanatlarla çıxış ediblər.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed