09.11.2023 [20:56] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan bir tərəfdən, sülh sazişini imzalamaqda maraqlı olduğunu deyir, digər tərəfdən də özünün qondarma və oyunbaz hərəkətlərindən əl çəkmir.
Ermənistan İstintaq Komitəsindən “Pastinfo”ya verilən məlumata görə, İrəvan Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işinə start verib. Hətta ermənilərin həyasızlığı o həddə çatıb ki, onlar 44 günlük müharibənin istintaqı çərçivəsində “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova qarşı da iş açıblar.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.
Əslində, İrəvanın Roma statutunu qəbul etməsi fonunda bu cür həyasız addımlara gedəcəyi gözlənilən idi.
Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, ermənilərin belə həyasızlıqlara yol vermələri əslində gözləniləndir:
“Onlar istintaq və məhkəmələrdə qarşılaşmaq istəyirlərsə, mütləq bir məhkəmədə qarşılaşacağıq. Bu da Nürnberq məhkəməsinə oxşar məhkəmə olacaq. Koçaryan, Sarkisyan da orada oturanda, bu istintaqı təşkil edənlər də orada oturacaqlar. Ermənilər qabaqdangəlmişlik etmək istəyir.
Ərazilərimizi işğal edən ermənilər uzun müddət bunu öz ərazilərinin işğalı kimi təqdim edirdilər. Hətta xaricdə Xocalı faciəsilə bağlı epizodları belə guya azərbaycanlıların erməniləri qırması kimi təqdim edirdilər. Yəni ermənilərdən belə həyasız hərəkətlər gözləmək mümkündür. Amma Ermənistan artıq məğlub olmuş və bitmiş dövlətdir.
Ona görə belə məsələlərdən narahat olmağa ehtiyac yoxdur”.
F.Quliyev qeyd edir ki, Ermənistanın hüquqi məsuliyyətə cəlb olunması və bunun üçün oradakı məmurların, Sarkisyan və Koçaryanın, indi istintaq aparanların məsuliyyətini müəyyənləşdirmək məqsədilə beynəlxalq məhkəmələrə müraciət etməliyik:
“Bunun üçün əlimizdə ciddi əsaslar var. Ona görə də narahat olmadan, təmkinlə, amma gecikmədən təzminat və hüquqi məsuliyyət məsələlərini ortaya qoymalıyıq. Ermənilərin isə bu sayaq addımlarının heç bir mənası və əhəmiyyəti yoxdur”.
Rüfət Sultan, Bizim.Media

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |