Şrift:
Azərbaycanın şahmat yığması bu gün Avropa çempionu ola bilər
20.11.2023 [10:52] - İdman
Bu gün Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatına yekun vurulacaq.

Yarışın son günündə Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Serbiya ilə qarşılaşacaq.

Hazırda 13 xalla ikinci pillədə qərarlaşan yığma son turda qələbə qazansa, qitə çempionu ola bilər. Lakin bunun üçün həm də lider Bolqarıstan (14 xal) Gürcüstana uduzmalıdır. Azərbaycan komandası öz oyununu qələbə ilə başa vursa, ən pis halda gümüş medallara sahib çıxacaq.

Azərbaycanın kişi şahmatçıları isə son turda İtaliya yığması ilə üz-üzə gələcək. Səkkiz turdan sonra 8 xalla 20-ci sırada yer alan komandamızın medal şansı qalmayıb.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed