Şrift:
Bakıda "Gömrük biznes forumu 2023-cü il" başlayıb
20.11.2023 [10:57] - Gündəm, İqtisadiyyat
Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Gömrük-Biznes Forumu 2023" başlayıb.

Bu barədə bazar ertəsi xəbər veririk.

Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Qeyd edək ki, forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İnkişaf Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed