Şrift:
NATO-nun Baş katibi Qərbi Balkan ölkələrində səfərdədir
21.11.2023 [10:31] - Siyasət
NATO-nun Baş katibi Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Sarayevoda Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo ilə görüşüb.

Görüşdə Bosniya və Herseqovinada, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Yens Stoltenberq bildirib ki, NATO Bosniya və Herseqovinanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Baş katib NATO-nun illərdir Bosniya və Herseqovinada sabitlik üçün çalışdığını qeyd edib. O, NATO-nun Bosniya və Herseqovinanın üzvlük prosesini dəstəklədiyini və bu dəstəyin davam edəcəyini vurğulayıb.

Boryana Kristo isə NATO-ya üzvlük məsələsində Bosniya və Herseqovinanın bütün lazımi öhdəlikləri yerinə yetirməyə davam edəcəyini deyib.

Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Kosovo, Serbiya və Şimali Makedoniyada müxtəlif görüşlər keçirəcək.

Nihad Budaqov
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed