Şrift:
Jan Mişel Bran: Nizami Gəncəvinin əsərlərində dəyərlər Fransaya 5 əsr sonra gəlib
21.11.2023 [10:36] - Gündəm
Fransalı naşir: Azərbaycan gender bərabərliyi üçün bir modeldir

"Mən fransızam, Fransa mədəniyyəti ilə fəxr edirəm, amma təəssüf ki, orada hər zaman yaxşı insanlar doğulmayıb".

Bunu "Musulmans en France" dərgisinin baş redaktoru Jan Mişel Bran "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Fransa faşistlərlə əməkdaşlıq çərçivəsində ölkələri müstəmləkəsinə çevirib və cinayətlər törədib.

"Hesab edirəm ki, bu, dünyanın ən vəhşi cinayətidir. İki sənaye inqilabı olub və dünyada iki dövlət ortaya çıxıb beləliklə onlar dünyanın işğalına başlayıblar. Əsrlər boyu bu ölkələr digərlərinin zənginliklərini əllərindən alıblar və ancaq öz dəyərlərini təlqin etməyə başlayıblar".

O əlavə edib ki, Azərbaycan gender bərabərliyi üçün bir modeldir və gender bərabərliyi Azərbaycanın DNT-sini təşkil edir.

"Nizami Gəncəvinin əsərlərində biz bu dəyərlərin şahidi oluruq və bu dəyərlər Fransaya 5 əsr sonra gətirilib. Ümid edirəm ki, keçmiş müstəmləkə ölkələrində də bu dəyərlər inkişaf edəcək. Artıq kolonizasiyaya yox demək lazımdır".
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed