Şrift:
İrəli gəlin və masada əyləşin - Ermənistana çağırış
21.11.2023 [10:54] - Gündəm, Siyasət
Regionda yaranan yeni reallıqlar çərçivəsində biz Ermənistanla Azərbqycan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfinin sözlərlə oynamaqdansa, konkret addım atıb irəli gəlməsi və masada əyləşməsi çox önəmlidir.

"Hələlik bu barədə bir söz söyləmək çətindir. Ermənistan tərəfindən aydın fikirlər gözləntisindəyik. Ermənistan sülh müqaviləsi deyiləndə hələ də regionun çölünə baxır. Bizim dediyimiz odur ki, üçüncü tərəflərin gündəliyini buraya daşımaqdansa, regionun özünə sahib çıxıb sülh müqaviləsi ilə bağlı danışıqları irəli aparmaq lazımdır. Top hazırda Ermənistanın qapısındadır", - deyə H.Hacıyev əlavə edib.

Xatırladaq ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycana Ermənistana 5 baza prinsipdən ibarət sülh təklifi edib. Ötən dövr ərzində Ermənistan tərəfindən müxtəlif yollarla sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və yekun müavilənin imzalanması yubadılır.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed