Şrift:
Ermənistan XİN: Azərbaycanla sülhün bərqərar olması üçün real imkan var
22.11.2023 [11:42] - Xəbərlər, Gündəm, Siyasət
İki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla mümkün sülh sazişinə dair altıncı təkliflər paketinin göndərilməsinə münasibət bildirib.

XİN-dən bildirilib ki, rəsmi İrəvan, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın mövcudluğuna inanır.

“İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər”, - deyə Nazirlik bildirib.

Bundan başqa, Ermənistan XİN-dən bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sərhəddə görüş keçirmək barədə 21 noyabr tarixli təklifinə cavab olaraq, iki ölkənin dövlət sərhədində delimitasiya komissiyalarının iclasını keçirməyə dəvət edib.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed