Şrift:
Müdafiə Nazirliyinin rəhbər heyətinin Gürcüstana işgüzar səfəri davam edir
23.11.2023 [10:12] - Hərb
Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfərləri davam edir.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Tbilisi şəhərində yerləşən “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.

Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed