Şrift:
İsrail Qəzzadan girovların azad edilməsinin başlanğıc tarixini açıqlayıb
23.11.2023 [10:19] - Gündəm, Siyasət
Qəzza zolağında saxlanılan girovların bəzilərinin azad edilməsi prosesi noyabrın 24-dən gec olmayaraq başlayacaq.

Bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.

"Girovlarımızın azad edilməsi ilə bağlı təmaslar davam edir. [Girovların] azad edilməsi tərəflər arasında ilkin razılaşmaya uyğun olaraq və cümə günündən gec olmayaraq başlayacaq", - deyə o bildirib.

Bundan əvvəl İsrail hökuməti Qəzza zolağından ən azı 50 girovun dörd gün ərzində geri qaytarılması planını təsdiqləyib və bu müddət ərzində anklavda atəşkəs elan edilib
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed