Şrift:
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib
23.11.2023 [10:21] - Xəbərlər, Gündəm, Siyasət
Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto Azərbaycana səfərə gəlib.

Bu barədə nazirin "Facebook" səhifəsində bildirilib.

Qeyd edək ki, Macarıstan və Azərbaycanı regional əhəmiyyətli irimiqyaslı layihələr birləşdirir. Xüsusilə, Azərbaycan qazı artıq bu ölkəyə tədarük edilir. İki ölkə Avropanın təmiz enerji təchizatına töhfə verəcək "yaşıl dəhliz" layihəsi üzrə də əməkdaşlıq edir.

Macarıstanın "MOL Group" neft şirkəti Mərkəzi Avropadan Azərbaycana ən böyük investordur.

Bundan əvvəl məlumat verildiyi kimi, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaxın vaxtlarda qəsəbənin yenidən qurulmasına başlayacaq.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed