Şrift:
Avropa Komissiyasının sədri G20 liderlərinin sammitində Putinə müraciət edib
23.11.2023 [10:32] - Siyasət
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen G20 sammitində Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onu Ukraynanı məhv etmək cəhdində ittiham edib.

Bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

O, əvvəlcə Hindistanın Baş Naziri Narendra Modiyə müraciət edib və qeyd edib ki, dünya bir çox böhranları yaşamaqda davam edir və dağıntıların və müharibənin eskalasiyasının, eləcə də mövcud qlobal nizamın və sülh memarlığının açıq-aşkar inkarının şahidi olub.

Sonra o, Putinə müraciət edərək onu suveren Ukraynanı məhv etmək cəhdində, eləcə də regional qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edib.

Ursula fon der Lyayen: "Rusiya döyüşü dayandırarsa, müharibə bitər" deyib.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed