Şrift:
Bakı metrosunda qatarların hərəkəti ləngiyib
27.11.2023 [10:59] - Gündəm, Hadisə
“Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qatar baxış keçirilməsi üçün “Memar Əcəmi” stansiyasında dalan yola verilib.

“Hazırda araşdırma aparılır. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən aslı olaraq, 3-5 dəqiqə təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu xəbər oxucular tərəfindən 1842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed