Şrift:
İranlı generaldan Xəzər dənizi ilə bağlı MESAJ
27.11.2023 [11:04] - Gündəm, Siyasət
Xəzər dənizi sahilyanı ölkələr üçün sülh və dostluq dənizidir.

Bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri bu gün (27 noyabr-red.) Xəzər dənizində İranın Hərbi Dəniz Qüvvələrinə yeni “Deyləman” esminesinin təhvil verilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, İranın Xəzəryanı ölkələrlə hərtərəfli dostluq və hərbi münasibətləri var. İran bir daha bu ölkələrə və onların silahlı qüvvələrinə sülh və dostluq mesajını verir.

Baqeri əlavə edib ki, İranın hazırda istifadəyə verilən “Deyləman” hərbi esminesi və Xəzər dənizindəki digər gəmiləri sülhə xidmət edir və stabilliyin qorunması, ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması, terrorizmlə və gələcəkdə ehtimal olunan hadisələrlə mübarizə məqsədilə fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün İran Xəzər dənizinə yeni “Deyləman” hərbi esminesini buraxıb.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed