Şrift:
İran Xəzər dənizinə yeni hərbi gəmi buraxıb
27.11.2023 [11:06] - Hərb
Bu gün (27 noyabr) İran Xəzər dənizinə yeni hərbi gəmisi “Deyləman” esminesini buraxıb.

“Deyləman” esminesi İran ordusunun Hərbi Dəniz Sənayesində düzəldilən 5-ci esminesdir və bu gün İranın Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələrinin ixtiyarına verilib.

İranda istehsal olunan “Deyləman” esminesi müxtəlif növ hərbi və müdafiə sistemləri ilə təchiz olunub. Bu esmines dənizdə uzunmüddətli axtarış, kəşfiyyat, istənilən növ hava və dənizaltı təhdidi məhv etmək potensialına sahibdir. "Deyləman" esminesində hərbi helikopterin enişi üçün imkan da yaradılıb.

“Deyləman” hərbi esminesinin istifadəyə verilməsi ilə əlaqədar tədbirə İranın yüksək səviyyəli hərbi rəsmiləri qatılıblar.
Bu xəbər oxucular tərəfindən 1906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed