Şrift:
Ağstafa-Bakı dəmir yolu reysindəki nasazlıq səbəbindən ödənişsiz avtobus və qatarlar təyin edilib
27.11.2023 [11:08] - Gündəm
Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhərdaxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, dünən Ağstafadan Bakıya saat 16:30-da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb. 717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə halı qeydə alınıb.

Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda ADY sərnişinlərin Bakı Dəmiryolu Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə də reys təyin edib.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed