Şrift:
Bakıda havada tozun miqdarı artıb
27.11.2023 [11:12] - Gündəm
Gecə saatlarından başlayaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed