Şrift:
Dünya çempionu olan Azərbaycan şahmatçısı nüfuzlu yarışa dəvət alıb
27.11.2023 [11:16] - İdman
İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva rapid və blits üzrə mundialda iştirak edəcək.

İti zəka sahibi son yarışda uğurlu nəticə əldə etdiyi üçün Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq dünya çempionatına dəvət alıb.

İlin son yarışına qatılacaq digər Azərbaycan şahmatçılarının adı növbəti həftə açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed