Şrift:
ABŞ post-sovet məkanında öz QHT-lərini aktiv şəkildə yeridir
28.11.2023 [10:31] - Siyasət
ABŞ qeyri-hökumət təşkilatı (QHT) ideyasını təsir vasitəsi kimi istifadə etməklə öz QHT-lərini post-sovet məkanında, xüsusən Mərkəzi Asiyada aktiv şəkildə yeritməyə çalışır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Primakov qiraətləri" forumunda deyib.

Rusiyalı nazirin sözlərinə görə, ABŞ tərəfindən yeridilən QHT ideyası amerikalıların qloballaşma modeli çərçivəsində bütün dünyada təşviq etdikləri fəlsəfənin bir hissəsidir.

"Nəticədə, Vaşinqton minlərlə QHT yaradıb, bunlardan yüzlərlə QHT post-sovet məkanında, xüsusən çoxu Ermənistanda və Qırğızıstanda fəaliyyət göstərir", - o deyib.

Rusiyalı nazir fondların 90 faizinin ABŞ bürokratiyasının bir hissəsi olan və ABŞ büdcəsindən vəsait alan Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirildiyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed