Şrift:
Azərbaycanın qadınlardan ibarət millisi üçün həlledici gün
01.12.2023 [10:11] - Gündəm, İdman
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Millimiz səfərdə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunda Kipr yığması ilə qarşılaşacaq.

Limassol şəhərində keçiriləcək Kipr - Azərbaycan qarşılaşmasını Belçikadan olan hakimlər briqadası idarə edəcək. 10 xalla qrup lideri olan Azərbaycan millisi bu oyunda qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.
Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00

Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed