01.12.2023 [10:26] - Xəbərlər, Gündəm, Siyasət
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
"Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.
Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməyib.
Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir. Azərbaycan özünün suveren ərazilərində “boz zona”ya son qoyulması məqsədilə əməliyyat aparmağa görə heç kimdən icazə almır.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı narahatlıqlarını ifadə edən, onların hüquqlarının pozulduğunu iddia edən komitə Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına susmaqla Azərbaycanofobiya və İslamofobiya siyasətlərini bir daha sübut etmiş oldular.
Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını utanmadan təşviq edən, özlərini “demokratiya keşikçiləri” sayan deputatlara məsləhət görərdik ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə diqqət yetirsinlər. Uzun illər ərzində Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsə qarşı törədilmiş kulturisidin araşdırılması üçün bu ölkəyə YUNESKO missiyasının göndərilməsini tələb etsinlər.
Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər.
Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir".

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |