Şrift:
Vergi Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda təsdiq edildi
05.12.2023 [12:51] - Hüquq
Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısı genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, nikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişdirilməsi, kiçik sahibkarlığa keçid stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması, tibb müəssisələri, özəl tibbi praktika ilə məşğul olan şəxslər, tədris bazası kimi fəaliyyət göstərən xəstəxanalar və film istehsalı ilə bağlı vergi güzəştinin müəyyənləşdirilməsi və s. təklif olunur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Bu xəbər oxucular tərəfindən 5198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed