Şrift:
Mərkəzi Bankın səlahiyyəti artırılır
05.12.2023 [13:15] - Gündəm, İqtisadiyyat
Mərkəzi Bankın səlahiyyəti artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcəkdir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed