Şrift:
G7-nin onlayn sammiti keçiriləcək
06.12.2023 [09:57] - Gündəm, Siyasət
“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri videobağlantı vasitəsilə məsləhətləşmələr aparacaqlar.

Sammit bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

G7 liderləri Ukrayna, Yaxın Şərqdəki vəziyyət və süni intellektlə bağlı məsələlər də daxil olmaqla, beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm məsələləri müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed