Şrift:
Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı - Dövlət Departamenti
06.12.2023 [09:59] - Siyasət
Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib.

Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.

"Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq.

O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed