Şrift:
"Qarabağ" - "Hakken" oyununun hakimləri bilindi
12.12.2023 [10:18] - Gündəm, İdman
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ" - "Hakken" (İsveç) oyunu üçün hakim təyinatları açıqlanıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına istinadən xəbər veririk ki, matçı Albaniya Futbol Federasiyasından Yucin Caya idarə edəcək.

Ona Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed