Şrift:
Türkiyə Pakistandakı terror aktını pisləyib
13.12.2023 [12:44] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Pakistanda bu gün baş verən terror aktını pisləyir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda bu gün törədilən terror aktı nəticəsində 23 əsgərin şəhid olduğunu dərin hüznlə öyrəndik. Biz bu dəhşətli terror aktını pisləyirik. Şəhid olan əsgərlərə Allahdan rəhmət, ailələrinə başsağlığı veririk”.

Qeyd olunub ki, Türkiyə bir daha terrorizmə qarşı birgə mübarizədə dost və qardaş Pakistan hökuməti və xalqı ilə həmrəy olduğunu vurğulayır.
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed