Şrift:
Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ehtimalını müsbət qarşılayırıq - Hakan Fidan
22.12.2023 [10:05] - Türk dünyası-Turan
Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ehtimalını müsbət qarşılayırıq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) deyib.

"Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsindən sonra sülhün əldə olunması ehtimalını müsbət qarşılayırıq", - o deyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqların nəticəsi olaraq, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed