Şrift:
Bu yolda sürət həddi endirilib
28.12.2023 [11:25] - Gündəm, Bildiriş
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed