Şrift:
Türkiyə Avropa İttifaqı ilə danışıqlarda müsbət atmosferə ümid edir
28.12.2023 [11:30] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Avropaya inteqrasiya prosesi çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır və mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlarda müsbət atmosferə ümid edir.

Bunu Türkiyə Prezidentinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç “TRT Haber” telekanalına açıqlamasında deyib .

"Biz Gömrük İttifaqı çərçivəsində viza mövzusu, yaşıl enerji, iqlim dəyişikliyi məsələlərində fəal əməkdaşlıq üçün səylər göstəririk. Eyni zamanda, Avropa İttifaqından oyun zamanı qaydaları dəyişməməyi xahiş edirik. Həmçinin İslamofobiya ilə mübarizə məsələsində səsimizi eşitdiririk”, - deyə prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri bildirib.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed