Şrift:
İngiltərə Premyer Liqası: “Arsenal” və “Totenhem” məğlub olub
29.12.2023 [10:03] - Gündəm, İdman
Dekabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.
“Arsenal” öz meydanında “Vest-Hem”ə məğlub olaraq (0:2) liderliyə yüksəlmək imkanını əldən verib.

Günün digər oyunu isə daha məhsuldar olub. “Brayton” öz meydanında “Totenhem”i 4:2 hesabı ilə üstələyib.

Beləliklə, 19 turdan sonra “Liverpul” 42 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Arsenal” ikincidir. Üçüncü pillədə qərarlaşan “Aston Villa”nın isə hesabında 39 xal var.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed