Şrift:
Hakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları müzakirə edib
07.01.2024 [11:10] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqları müzakirə edib.

Bu barədə Türkiyə diplomatik mənbələri məlumat verib.

Məlumata əsasən, H.Fidan ABŞ dövlət katibinə Türkiyənin F-16 satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

Bundan əlavə, o, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarın Türkiyə Böyük Millət Məclisinə aid olduğunu qeyd edib.

Daha sonra tərəflər Qəzzada baş verən faciə ilə bağlı müzakirələr aparıb. Türkiyə XİN rəhbəri Qəzzada dərhal atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Antoni Blinken yanvarın 5-də Türkiyəyə səfər edib.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed