Şrift:
İndoneziyada 6,8 bal gücündə zəlzələ baş verib
09.01.2024 [10:42] - Hadisə
İndoneziyanın Talaud adası yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Filippinin General-Santos şəhərindən 171 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 91 km dərinlikdə yerləşib.

Zərər çəkən və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed