Şrift:
AK Partinin İstanbul merliyinə namizədi zəlzələ riskli binaları ləğv edəcəyini vəd edib
09.01.2024 [10:59] - Türk dünyası-Turan
İstanbulda zəlzələ riskini aradan qaldırmaq üçün addımlar atacağıq.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)İstanbul merliyinə seçkilərində namizədi Murat Kurum deyib.

O, İstanbul meri seçiləcəyi təqdirdə şəhərdə zəlzələ riski daşıyan heç bir tikilini saxlamayacağını vəd edib.

"İstanbulluların bizə ehtiyacı olduğu zaman onların yanında olacağıq. Bizi daima iş başında, çalışan görəcəksiniz. Zəlzələ riskini aradan qaldırarkən görəcəksiniz", - o deyib.

Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)İstanbul Böyükşəhər bələdiyyə başçısı seçkilərində namizədinin Murat Kurum olduğu məlum olub.

Qeyd edək ki, Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir. Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed