Şrift:
Dünya Azərbaycanlı Gənclər Birliyindən çağırış: “Xocalı soyqırmı ilə bağlı petisiyaya səs verin”
09.02.2013 [13:20] - Gənclik
Ağ Evin rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı yerləşdirilmiş petisiya ilə bağlı bu gün mətbuat konfransı keçirib.

Davam.az-ın məlumatına görə, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov bildirib ki, petisiya ilə bağlı hazırlanan video-çarxlardan əlavə sabahdan etibarən yeni materiallardan da istifadə olunacaq. Belə ki, şəhərin müxtəlif yerlərində sadə dildə hazırlanmış bukletlər insanlara paylanacaq. Budan əlavə, planşetlər vasitəsilə internetə çıxışı olmayan insanlara səs vermə hüququ təmin ediləcək. Onlara kömək edəcəklər ki, hər hansı email ünvanı olan şəxsdə orada səs verə bilər.

R. Məmmədov bütün gənclər təşkilatına və insanlara səslənərək bildirib ki, yerləşdirilmiş petisiyaya təyin olunan vaxta qədər səs versinlər. O eyni zamanda bildirib ki, petisiya səsvermə ilə bağlı təkcə Azərbaycanda yox, dünya azərbaycanlılarının olduğu bir çox ölkələrdə o cümlədən Rusiya, Türkiyə, Meksika, Malaziya, İsveç, Gürcüstan, Norveç və s. kimi ölkələrdə də təbliğat işləri aparılır.

Qeyd edək ki, Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb-səhifəsində yerləşdirilmiş petisiyanı bu saatadək 53 459 nəfər imzalayıb. Fevralın 25-dək bu rəqəm 100 000 olmalıdır. Yəni daha 46 541 imzaya ehtiyac var.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed