Şrift:
Paytaxtda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək
16.01.2024 [10:02] - İdman
AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

Milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, tədbir fevralın 5-8-i aralığında baş tutacaq.

Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində təşkil olunacaq.

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed