Şrift:
Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir
16.01.2024 [10:16] - Gündəm, Hərb
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.

Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.

Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri barədə ətraflı məlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətlər aparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir.
Bu xəbər oxucular tərəfindən 1428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed