Şrift:
İlin əvvəlindən indiyədək Türkiyədə terror şübhəsi ilə 465 nəfər saxlanılıb - Ərdoğan
17.01.2024 [11:10] - Türk dünyası-Turan
İlin əvvəlindən indiyədək Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlarda terrorla əlaqəsi olması şübhəsi ilə 465 nəfər saxlanılıb. Ölkənin təhlükəsizlik bölmələrinə arxasında kimin dayanmasından asılı olmayaraq, aşkar edilən bütün terror hədəflərini məhv etmələri ilə bağlı göstəriş verilib.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən növbəti hökumət toplantısından sonra xalqa müraciətində deyib.

Gələcəyin təminatı üçün yeni əməliyyatların icra olunacağını ifadə edən Ərdoğan bildirib ki, ölkədə müvəqqəti qaçqın statusu alan 620 mindən çox suriyalı təhlükəsiz bölgələrə qayıdıb.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed