Şrift:
Bakı “Tripadvisor” tərəfindən kulinariya şəhərləri sırasına daxil edilib
18.01.2024 [13:23] - Gündəm, Mədəniyyət
Bakı məşhur səyahət platforması sayılan “Tripadvisor” tərəfindən aparılan reytinq cədvəli üzrə dünyanın “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasında 20 ölkə arasında 13-cü yerdə qərarlaşıb.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Ümumi olaraq platrforma tərəfindən “Səyahətçilərin seçimi - Ən yaxşıların yaxşısı” nominasiyası üzrə son 12 ay ərzində istifadəçilər tərəfindən tövsiyə olunan hotel, restoran və digər kateqoriyalar üzrə reytinq cədvəlləri tərtib olunub. Reytinq cədvəllərinə “Tripadvisor” platformasında olan 8 milyondan çox səyahət üzrə məkandan yalnız 1%-i düşə bilib.

Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir.

Bu xəbər oxucular tərəfindən 5583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed