Şrift:
Türkiyə terror təşkilatları ilə mübarizəni davam edəcək
26.01.2024 [10:24] - Türk dünyası-Turan
Türkiyə beynəlxalq hüquqa əsaslanaraq ölkə üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizə aparmağa davam edəcək.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair məlumatda deyilir.

Qeyd olunur ki, Türkiyə cari məsələlərin həlli üçün müvafiq tərəflərlə təmasları davam etdirəcək.

“Biz yerlərindən asılı olmayaraq bütün terror təşkilatlarını təqib etməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Bəyanatda regional və qlobal riskləri artıran Rusiya-Ukrayna müharibəsinin dərhal atəşkəs və davamlı sülhün bərqərar edilməsi ilə dayandırılmasının zəruriliyi də qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed